Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb
Tarix: 17-11-2021 21:02 | Bölmə: Cəmiyyət
Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Reyting.az
xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

***

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.

Məlumata görə, onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub/Report.

Allah rəhmət eləsin!






Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq