15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Tarix: 18-11-2021 11:58 | Bölmə: Cəmiyyət
Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs tutulub.

Məlumata görə, hadisə noyabrın 17-si saat 17 radələrində şəhərin Xocalı küçəsində yerləşən “Qədiroğlu” marketinin yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər sakini, 1968-ci il təvəllüdlü Fəxrəddin Salmanov aralarında baş verən münaqişə zəmnində həmyerliləri - 1999-cu il təvəllüdlü Fərid Əliyevi və 1986-cı il təvəllüdlü Akif Qəniyevi bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci il (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Salmanov saxlanılıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"