Şəhid Murad Xəlilov dəfn olunub
Tarix: 18-11-2021 13:08 | Bölmə: Cəmiyyət
Şəhid Murad Xəlilov dəfn olunub

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov  dəfn edilib. 

Məlumata görə, O, Şəmkir Şəhidlər xiyabanında böyük izdihamla son mənzilə yola salınıb. 

Dəfn mərasimində Şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və qazilər və sakinlər iştirak ediblər.

Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

Məlumata görə, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət etsin!




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq