15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Dövlət Xidmətinin keçmiş rəisinin məhkəməsi təxirə salınıb
Tarix: 18-11-2021 16:15 | Bölmə: Cəmiyyət
Dövlət Xidmətinin keçmiş rəisinin məhkəməsi təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib.

Qeyd edilib ki, vəkillərin səhhətində problem olduğu üçün prosesə gələ bilməyiblər.

Proses noyabrın 30-dək təxirə salınıb/Report.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"