Azərbaycanda orta məktəb şagirdi qətlə yetirilib - Yenilənib
Tarix: 19-11-2021 09:19 | Bölmə: Cəmiyyət
Azərbaycanda orta məktəb şagirdi qətlə yetirilib

Mingəçevir şəhərində qətl hadisəsi baş verib.

Reyting.az
“Unikal”a istinadla xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində qeydə alınıb.

Ərazidə olan parkda iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Belə ki, əvvəllər məhkum olunmuş Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlivan Nuxa oğlu qəsəbənin digər sakini, Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb.


Orxan Kərimov

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Prokurorluq məktəblinin qətli ilə bağlı məlumat yayıb

Prokurorluq Mingəçevir şəhərində baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Mingəçevir Şəhər Prokurorluğundan bildirilib ki, noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq