Sədr: "Əlillik statusu ilə bağlı rəqəmləri artırmaq və ya azaltmaq kimi məqsədimiz yoxdur"
Tarix: 19-11-2021 12:59 | Bölmə: Cəmiyyət
Sədr: "Əlillik statusu ilə bağlı rəqəmləri artırmaq və ya azaltmaq kimi məqsədimiz yoxdur"

"Bu ilin 10 ayı ərzində 8 307 uşaq sağlamlıq imkankarı məhdud şəxs statusu alıb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 6 038 şəxsə xüsusi səbəbdən əlillik verilib: "32 803 nəfər təkrar əllikliklə bağlı müraciət edib və təsdiqlənib. 2 737 nəfərə I qrup əlillik, 22 mindən çox şəxsə II qrup, 14 384 nəfərə isə 3-cü qrup əlillik təyinatı aparılıb.

Əlillik statusu ilə bağlı rəqəmlərin artırılması və ya azaltmaq kimi məqsədimiz yoxdur. Əsas hədəfimiz şəffaf şəkildə haqqı olan şəxslərə əlillik təyinatının aparılmasıdır. Bu il üçün onkoloji xəstəliklər əlillik təyinatı üçün ön sıralarda olan səbəblərdəndir. Eyni zamanda, travmaların sayı da artır. Bu da Vətən müharibəsi nəticəsində yaralanan qazilərlə bağlıdır".

O əlavə edib ki, ölkədə 7 615 nəfər 38 mindən çox protez və reabilitasiya vasitələri ilə təmin olunub/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq