15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
“Baku Elektronics”də partlayış: usta hadisə yerində olub
Tarix: 19-11-2021 16:31 | Bölmə: Cəmiyyət
“Baku Elektronics”də partlayış: usta hadisə yerində olub

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Xasmət Xadıyev rayonun Bakıxanov qəsəbəsi ünvanında yerləşən “Baku Elektronics” elektrik avadanlıqları dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"