Sahibə Qafarova TÜRKPA-nın baş katibi ilə görüşüb
Tarix: 19-11-2021 17:52 | Bölmə: Cəmiyyət
Sahibə Qafarova TÜRKPA-nın baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er ilə görüşüb.

Reyting.az
Milli Məclisə istinadla bildirir ki, spiker Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də TÜRKPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb, qonağa yeni vəzifədə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sahibə Qafarova qurumda qəbul olunmuş qərarların bütün türk dünyası üçün əhəmiyyətini qeyd edərək, təşkilatın qarşısında duran hədəflərə çatmaq üçün görüləcək işlər barədə fikirlərini bölüşüb, Azərbaycanın TÜRKPA-ya sədrliyi dönəmində həyata keçirilmiş tədbirlərdən danışıb, bu təşkilatın türk birliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Bildirib ki, ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində biz türk birliyinin önəmli üzvü olan Türkiyənin bu müharibədə siyasi-mənəvi dəstəyini gördük. Azərbaycan Prezidentinin dediyi kimi, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun.

Spiker diqqətə çatdırıb ki, ölkə ictimaiyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətlərinin birlik tərəfindən yüksək qiymətləndirilməsi, həm də Azərbaycana verilən böyük dəyər kimi qəbul edir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq