FHN Şamaxıdakı zəlzələ ilə bağlı məlumat yayıb
Tarix: 20-11-2021 19:50 | Bölmə: Cəmiyyət
FHN Şamaxıdakı zəlzələ ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən yeraltı təkanlar barədə məlumat yayıb.

Reyting.az
FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq