“AstraZeneca”: "“Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib"
Tarix: 22-11-2021 11:27 | Bölmə: Cəmiyyət
“AstraZeneca”: "“Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib"

Son 11 ay ərzində “AstraZeneca” şirkəti dünyanın 170 ölkəsinə tədarük edilmiş 2 milyard doza vaksin istehsal edib.

“AstraZeneca” xəbər verir ki, “COVAX Facility” təşəbbüsü çərçivəsində 130 ölkəyə 175 milyondan çox vaksin tədarük edilib.

“Aparılmış qiymətləndirmələrə görə, indiyədək “AstraZeneca” şirkətinin COVID-19-a qarşı “Vaxzevria” vaksini virusa 50 milyon yoluxmanın, 5 milyon xəstəxanaya yerləşdirmə halının və bir milyondan çox ölümün qarşısını alıb”, - şirkətdən bildiriblər.

Xatırladaq ki, ötən ilin aprel ayından etibarən Azərbaycanda 60 yaşdan yuxarı şəxslərə “AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndinin vurulmasına başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq