15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Hava dəyişəcək: yağış, qar yağacaq, güclü külək əsəcək
Tarix: 22-11-2021 18:21 | Bölmə: Cəmiyyət
Hava dəyişəcək: yağış, qar yağacaq, güclü külək əsəcək

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, həmin günü havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 25-i şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"