18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla evlənib - Foto
Tarix: 23-11-2021 15:13 | Bölmə: Cəmiyyət
Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla evlənib

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub.

Reyting.az
xəbər verir ki, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində də vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr də təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zərurui ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.





Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"