18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 24-11-2021 12:31 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 5-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-3° şaxta olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"