12:29 / 14-05-2025
Sabah leysan yağacaq
Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Tarix: 24-11-2021 12:43 | Bölmə: Cəmiyyət
Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Reyting.az-a daxil olan məlumatda deyilir:

"Noyabrın 23-də saat 11 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri İ.Rəsulovun idarə etdiyi “Hyundai” və S.Əliyevanın idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirən İ.Rəsulov yolun kənarında dayanan Elmira Məmmədəliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq