12:29 / 14-05-2025
Sabah leysan yağacaq
Nazirlikdən saxta whatsapp mesajları ilə bağlı vətəndaşlara - Xəbərdarlıq
Tarix: 24-11-2021 12:55 | Bölmə: Cəmiyyət
Nazirlikdən saxta whatsapp mesajları ilə bağlı vətəndaşlara - Xəbərdarlıq

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə whatsapp üzərindən “spam” mesajlar göndərilir.

Reyting.az
xəbər verir ki, nazirliyin bu barədə açıqlamasında deyilir:

“Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir. Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq