Koronavirusa görə bağlanan daha 2 məktəbdə dərslər bərpa olunub
Tarix: 25-11-2021 14:06 | Bölmə: Cəmiyyət
Koronavirusa görə bağlanan daha 2 məktəbdə dərslər bərpa olunub

Bakıdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Reyting.az
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla bildirir ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}