12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Məhkəmə "Azərsun"dan 48 min manatlıq oğurluqda təqsirləndirilən 7 nəfərə bəraət verib
Tarix: 26-11-2021 13:18 | Bölmə: Cəmiyyət
Məhkəmə "Azərsun"dan 48 min manatlıq oğurluqda təqsirləndirilən 7 nəfərə bəraət verib

İmişlidə 48 min manatlıq oğurluqda təqsirləndirilən Daxil Bəyişov, İsa Abbasov, Sadiq Ağayev, Fərid Musayev, Elxan Əsədov, Vasif Şükürov və Vasif Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya vəkil Vasif İsrafilov məlumat verilib.

O bildirib ki, İmişli rayon Məhkəməsində hakim Ülvi Qəmbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığından hər biri barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İmişli şəhərində “Azərsun Holdinq”in nəzdində olan “Qida Aqro MMC-dən” 48 min manatlıq yem oğurlamaqda ittiham olunublar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq