18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Koronavirusun yeni ştammı - “Omikron”a qarşı peyvənd hazırlanır
Tarix: 27-11-2021 08:54 | Bölmə: Cəmiyyət
Koronavirusun yeni ştammı - “Omikron”a qarşı peyvənd hazırlanır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını verib.

Reyting.az
-ın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda UST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.

Onu da qeyd edək ki, ABŞ-ın “Moderna” şirkəti koronavirusun “Omikron” ştammına qarşı peyvənd üzərində işləyir.

Bildirilir ki, yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha yaxşı qoruya bilən gücləndirici olacaq.

Hazırda sözügedən peyvəndin hazırlanması üzərində işlər sürətlə aparılır.(APA)




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"