Rusiyanın elm adamları Bakıda: kolleksiya REA nümayəndələrinin marağına səbəb olub - Fotolar
Tarix: 28-11-2021 09:58 | Bölmə: Cəmiyyət
Rusiyanın elm adamları Bakıda: kolleksiya REA nümayəndələrinin marağına səbəb olub

Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Dendrologiya İnstitutunda görülən işlərlə tanış olublar.

Bu barədə Reyting.az-a Dendrologiya İnstitutundan məlumat verilib.



İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib. İnstitutda fəaliyyət göstərən “Suptropik bitkilər introduksiyası”, “Sənaye əhəmiyyətli bitkilər” “Toxumçuluq və herbari”, “Bitki ekologiyası”, “Dendroxronologiya” və “Landşaft memarlığı” laboratoriyaları ilə tanış olan qonaqlara burada aparılan tədqiqatlar, eləcə də müasir tələblərə cavab verən avadanlıqlarla bağlı məlumat verilib. Bağla tanışlıq zamanı Azərbaycan florasında nadir və nəsli kəsilməkdə olan bitkilərin toplandığı “Qafqaz florası” kolleksiyası REA nümayəndə heyətinin böyük marağına səbəb olub.

Qonaqlarla keçirilən görüş zamanı Rusiyanın müvafiq elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub.

Qonaqlar daha sonra institutun ərazisi ilə tanış olublar.






Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}