İki hərbi qulluqçumuz minaya düşüb
Tarix: 28-11-2021 14:25 | Bölmə: Cəmiyyət
İki hərbi qulluqçumuz minaya düşüb

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

E. Zahidov deyib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}