18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Ana və iki övladı dəm qazından zəhərlənib - Ölən var
Tarix: 30-11-2021 17:13 | Bölmə: Cəmiyyət
Ana və iki övladı dəm qazından zəhərlənib - Ölən var

Zaqatala rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Reyting.az
-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib. Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L. Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"