18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Naxçıvana uçan sərnişin təyyarəsi Bakıya enmək məcburiyyətində qalıb
Tarix: 30-11-2021 23:46 | Bölmə: Cəmiyyət
Naxçıvana uçan sərnişin təyyarəsi Bakıya enmək məcburiyyətində qalıb

AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən sərnişin təyyarəsi uçuş hava limanına qayıtmaq məcburiyyətində qalıb. Hava gəmisi kapitanının belə qərar verməsinə səbəb güclü duman olub.

Reyting.az
xəbər verir ki, bu barədə AZAL-dan bildiriblər.

Məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"