Deportasiya Qurbanları Cəmiyyəti 14 hərbçimizin ailəsinə və xalqımıza başsağlığı verib
Tarix: 01-12-2021 12:33 | Bölmə: Cəmiyyət
Deportasiya Qurbanları Cəmiyyəti 14 hərbçimizin ailəsinə və xalqımıza başsağlığı verib

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti (ADQC) Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və xalqımıza başsağlığı verir.

Bu barədə ADQC-nin yaydığı məlumatda bildirilib.

Deportasiya Qurbanları Cəmiyyəti baş verən qəzadan təəssüfləndiyini qeyd etməklə yanaşı həlak olan qəhraman Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına dərin ehtiramını ifadə edir.

Cəmiyyət qeyd edir ki, qəza nəticəsində 14 hərbçinin vəfat etməsi cəmiyyətimiz və ordumuz üçün böyük itkidir:

“Bu zabitlər Azərbaycan Ordusunun güclənməsində, torpaqlarımzın müdafiəsində, dövlət sərhədlərimizin qorunmasında böyük xidmətləri olan vətən oğullarıdır. Biz bu faciə səbəbindən Azərbaycan xalqına, Silahlı Qüvvələrimizə və Ali Baş komandana dərin hüznlə başsağlığı veririk, ordumuzun yanında olduğumuzu bir daha ifadə edirik. Faciə nəticəsindən həyatını itirən qəhraman zabitlərimizə Allahdan rəhmət diləyirik”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}