13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Qarabağ zonasında daha 414 hektar ərazi minalardan təmizlənib
Tarix: 01-12-2021 17:17 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında daha 414 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 4 145 456 m² (414 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq