Bakıda AA seriyalı avtomobil piyadanın ölümünə səbəb olub - Yenilənib
Tarix: 02-12-2021 09:08 | Bölmə: Cəmiyyət
Bakıda AA seriyalı avtomobil piyadanın ölümünə səbəb olub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün səhər saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan “10-AA-659” dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən şəxsi vuraraq öldürdüyü barədə məlumat yayılıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-ın sorğusuna cavab bildirib ki, piyadanı vuran maşın “AA” seriyalı deyil:

“Bu gün səhər saatlarında təxminən 07:15 radələrində Bibiheybət məscidinin yaxınlığında “Nissan X-Trail” 90-SB-966 nömrəli maşın 1974-cü il təvəllüdlü Məzahir Ziyad oğlu Əliyevi nu vurub. Piyada hadisə yerində dünyasını dəyişib».

DYP rəsmisi sürücülərdən və piyadalardan yol hərəkəti qaydalarına əməl etməyi, yollarda diqqətli olmağı, xüsusilə də piyadalar üçün nəzərdə tutulmamış ərazilərə keçid etməmələrini xahiş edib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətələri həyata keçirilib. Araşdırma davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}