18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"
Tarix: 02-12-2021 14:03 | Bölmə: Cəmiyyət
Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"

"Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin təxminən 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılığı təmin ediriksə, bunu əhalinin kütləvi vaksinasiyadan keçməsinə borcluyuq:

"İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki yoluxma saylarında məktəblər, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk"/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"