13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Türkiyədə dənizə yıxılan 22 yaşlı azərbaycanlı gəmiçinin nəşi tapılıb
Tarix: 02-12-2021 17:58 | Bölmə: Cəmiyyət
Türkiyədə dənizə yıxılan 22 yaşlı azərbaycanlı gəmiçinin nəşi tapılıb

Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.

Bu barədə məlumatı DHA yayıb.

Hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq