İnternet üzərindən narkotik satanlara 5 ildən 12 ilədək həbs cəzası veriləcək
Tarix: 09-03-2022 13:10 | Bölmə: Cəmiyyət
İnternet üzərindən narkotik satanlara 5 ildən 12 ilədək həbs cəzası veriləcək

Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər