DTX Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisini saxlayıb
Tarix: 10-03-2022 16:20 | Bölmə: Cəmiyyət
DTX Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisini saxlayıb

Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

Reyting.az
-ın APA-ya istinadla verdiyi xəbərə görə, MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri qafqazinfo.az saytı yayıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər