Bakıda anası ilə bacısını öldürən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Tarix: 10-03-2022 17:14 | Bölmə: Cəmiyyət
Bakıda anası ilə bacısını öldürən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilən Murad Niftizadə Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, Sabunçu Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə M.Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan olunub.

M.Niftizadə Rusiya ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Azərbaycana gətirilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər