Xüsusi xidmət orqanları biznesmen Vaqif Əliyevi saxlayıb
Tarix: 12-03-2022 22:50 | Bölmə: Cəmiyyət
Xüsusi xidmət orqanları biznesmen Vaqif Əliyevi saxlayıb

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi ölkənin qərbində, Zakarpat vilayətində azərbaycanlı biznesmen Vaqif Əliyevi saxlayıb. Reyting.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.

“Xalq deputatı Dubinski xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi Zakarpatye bölgəsində biznesmen Vaqif Əliyevi saxlayıb. Səbəblər məlum deyil”, - UNİAN agentliyi məlumat verir.

Bildirilir ki, Vaqif Əliyev ukraynalı oliqarx Firtaşın və rusiyameylli müxalif “Müxalifət platforması-Həyat uğrunda” partiyasından deputat Vadim Stolyarın biznes tərəfdaşıdır. Əliyevin ikili vətəndaşlığının olduğu, Rusiya pasportu daşıdığı haqda məlumat var.

Vaqif Əhməd oğlu Əliyev 1969-cu ildə Türkmənistanda anadan olub, milliyyətcə azərbaycanlıdır. Ukraynanın on ən iri biznesmenlərindən və developerlərindən biridir. Onun əsas fəaliyyəti kommersiya təyinatlı daşınmaz əmlakın inşası və icarəyə verilməsidir. Kiyevdəki məşhur “Mandarin Plaza” ticarət mərkəzinin, o cümlədən “Senator”, “Parus” və digər ticarət mərkəzlərinin sahibidir.

Biznesə hələ məktəbdə oxuyandan başlayıb, məktəbli olanda teatr biletləri alaraq məktəb yoldaşlarına baha qiymətə satıb. 14 yaşında isə dostu və onun atası ilə birlikdə Rusiyanın Tolyatti şəhərindən Kislovodska “Jiqulİ” ehtiyat hissələri daşıyıb satmağa başlayıb. O zaman ehtiyat hissələri qıt olduğundan Əliyevin işləri yaxşı gedib, 18 yaşında artıq özünə üçotaqlı ev və maşın alıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər