09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıda ər 27 yaşlı arvadını öldürüb
Tarix: 14-03-2022 11:30 | Bölmə: Cəmiyyət
Bakıda ər 27 yaşlı arvadını öldürüb

Bakıda kişi arvadını qətlə yetirib.

Reyting.az
 Xəzər Rayon Prokurorluğuna istinadla xəbər verir ki, martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq