Xarkovda həlak olan azərbaycanlı ailənin nəşi 10 gündür hadisə yerində qalıb
Tarix: 14-03-2022 14:28 | Bölmə: Cəmiyyət
Xarkovda həlak olan azərbaycanlı ailənin nəşi 10 gündür hadisə yerində qalıb

Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a Emin Mahmudovun qardaşı Ramin Mahmudov bildirib.

Onun sözlərinə görə, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb: “Artıq 10 gündür qardaşımgilin meyitləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.

Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər