AMEA-nın əməkdaşları ixtisar olunacaq? - Açıqlama
Tarix: 14-03-2022 17:38 | Bölmə: Cəmiyyət
AMEA-nın əməkdaşları ixtisar olunacaq?

Elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilə bilər.

Bu barədə  AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev təkliflə çıxış edib.

Bildirib ki, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir: "Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır".

O, eyni zamanda, AMEA-nın əməkdaşlarının ixtisar edilməsi, bir neçə institutun ləğv edilməsi təklif edilib.

Bildirib ki, AMEA-nın strukturu bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir.

D.Tağıyev əlavə edib ki, dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir: "Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan əməkdaşların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı".

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər