Baş prokuror Komitə sədrinin qardaşını vəzifədən çıxarıb
Tarix: 14-03-2022 20:22 | Bölmə: Cəmiyyət
Baş prokuror Komitə sədrinin qardaşını vəzifədən çıxarıb

Prokuror Tariyel Qurbanov işdən çıxarılıb.

Reyting.az
 xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Qurbanov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsindən azad edilib.

Baş Prokurorluqdan "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, T. Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər