Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri azadlığa buraxılıb
Tarix: 16-03-2022 17:35 | Bölmə: Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri azadlığa buraxılıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb.

Bu barədə onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti qismən təmin edilib: "Rasim Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub".

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər