00:11 / 12-11-2025
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
00:06 / 12-11-2025
Jurnalistlər Birliyinin sədr müavini dünyasını dəyişib
00:00 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub
22:18 / 11-11-2025
Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb - Əliyev Ərdoğana başsağlığı verib - (Yenilənib)
20:48 / 11-11-2025
Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir
18:59 / 11-11-2025
Əli Əsədov İrakli Kobaxidzeyə zəng edib
18:48 / 11-11-2025
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
12:24 / 11-11-2025
Zukerberqin qeyri-qanuni məktəbini bağlayıblar
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
10:59 / 11-11-2025
Rusiyalı milyarder və arvadı qətlə yetirilib
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
15:55 / 10-11-2025
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:39 / 10-11-2025
Dönərdən 7 nəfər zəhərlənib
11:38 / 10-11-2025
Bakıda ər arvadını balta ilə öldürüb, sonra özünü asıb
09:06 / 10-11-2025
Azərbaycan ərazisində zəlzələ olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
Cənnət olacaq, Qarabağ
Tarix: 22-03-2022 10:11 | Bölmə: Cəmiyyət

Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədaləti, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını işğaldan azad etdi və şəhidlərimizin qanını aldı. İndi isə dövlət başçısının da qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməyə başlamışıq.
Qarabağın hava qapısı
Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Dövlət başçısı həmin vaxt bildirmişdi ki, Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir və bu il istifadəyə verilməlidir. Dövlət başçısı Qarabağın hava qapısı olacaq Füzuli Beynəlxalq Hava Limanının xarici qonaqların Şuşaya səfərlərinin təşkilində də mühüm rol oynayacağını bildirmişdi.
Dövlət başçısının tapşırığına uyğun olaraq Füzuli Beynəlxalq Hava Limanı
Beynəlxalq Hava Limanı çox qısa müddətdə inşa olundu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
Hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Prezident İlham Əliyev Zəngilan Hava Limanının bu il açılacağı barədə şad xəbəri də bu il fevralın 2-də Gənclər Günündə gənclərlə görüşdə Azərbaycan xalqına çatdırdı.
Ağıllı kənd və şəhər konsepsiyası
Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.
Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev 19 aprel 2021-ci ildə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” sərəncam imzalayıb, konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. Qarabağı və Şərqi Zəngəzur də məhz “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyası əsasında inşa olunur. İlk ağıllı kəndin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən Zəngilan rayonunun Ağalı kəndində qoyulub. Kəndin inşası artıq tamamlanmaq üzrədir.
Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. Layihəyə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikinti daxildir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.
Ağalı kəndində kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.
Azərbaycan Prezidenti bu il fevralın 2-də Gənclər Günündə gənclərlə görüşdə bu pilot layihənin böyük rəmzi məna daşıdığını vurğulayıb: “Bu il nəzərdə tutulan layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var”.
Qeyd edək ki, 17 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev Füzuli rayonunun Dövlətyarlı kəndində növbəti “Ağıllı kənd”in təməlini qoyub. Yaşıl və alternativ enerjinin, "ağıllı idarəetmə" sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək. Xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Tarlada 20 daimi iş yeri yaradılacaq.
Kənddə biznes layihələri də icra olunacaq. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.
Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.
Böyük Qayıdış başlayır
Qarabağ və Şərqi Zəngəzurda bütün şəhərlər də “Ağıllı şəhər” (Smart City) konsepsiyası ilə baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin baş planları işlənilir. Azərbaycan hökuməti də həmin şəhərlərin baş planları hazır olan kimi biz artıq praktiki işlərə başlayacaq. Baş planı təsdiqlənmiş Ağdamın timsalında da bunu görmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda yeni yaşayış kompleksinin, Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının, Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimlərində iştirak ediblər.
Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionlara, eləcə də işğaldan azad olunmuş ərazilərə səfərləri bir daha işğaldan azad olunmuş ərazilərin bərpasının dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad olunmuş ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayır: “Torpaqlar işğaldan azad olunandan sonra bu ərazilərə dövlət başçısı tərəfindən mütəmadi səfərlər həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad olunmuş ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayır. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir”.
Deputat qeyd edib ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir: “Ötən gün Prezident İlham Əliyev növbəti belə səfəri Ağdama edib. O, Ağdam rayonuna səfər çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda “Ağcabədi” yarımstansiyasının açılışlarını etdi. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpa edildiyini göstərir. Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması - sənaye zonalarının sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Ağdam şəhərində “Park Forest Otel Ağdam” mehmanxanasının da təməli qoyuldu. Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına yüksək töhfə verəcək. Prezident İlham Əliyevin Ağdamda həyata keçirdiyi təməlatma mərasimləri işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisi oldu”.
C. Osmanovun sözlərinə görə, Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması - otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan köçkünlərin Böyük Qayıdışının əyani göstəricisidir: “İşğaldan azad olunmuş rayonlarda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi planlaşdırılır. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işləri görülür. Ümumiyyətlə, ölkəmizdə və işğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəni irsimizə böyük diqqət və qayğısının daha bir nümunəsidir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması da Böyük Qayıdış çərçivəsində dəyərləndirilməlidir. İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması, hazırkı dövrə kimi ölkədə müasir səhiyyə infrastrukturunun qurulması ilə bağlı işlər davam etdirilir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə qeyd edib ki, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası sənaye parkı isə azad edilmiş ərazilərdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaqla, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək: “Dövlət başçısı tərəfindən Ağdam Sənaye Parkında təməli qoyulan iki müəssisə də bu baxımdan xüsusi qeyd olunmalıdır. Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəkləri və digər qurğular, “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. Digər tərəfdən, işğaldan azad edilən ərazilərin böyük turizm potensialı var. Prezident tərəfindən Ağdam şəhərində “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulub. Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Ağdamın sürətli bərpası Qarabağın cənnətə çevriləcəyini bir daha təsdiqləyir”.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

10-11-2025, 23:09
Neftçala bazarında baş verən yanğın söndürülüb
10-11-2025, 13:00
Sabah hava necə olacaq? - Proqnoz
9-11-2025, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
7-11-2025, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
7-11-2025, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
7-11-2025, 08:54
Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək
7-11-2025, 07:42
Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb
5-11-2025, 15:34
Qayıqda 2 tona yaxın kokain tutulub - Video
5-11-2025, 15:01
Beş il ərzində smartfonlar dövriyyədən çıxacaq
5-11-2025, 12:48
Sabah yağışlı hava olacaq - Proqnoz
5-11-2025, 12:44
Bakıda NATO kursu keçirilir
5-11-2025, 08:48
Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib
4-11-2025, 17:15
“Azəriqaz”ın direktor müavininin bacanağına hökm oxunub
4-11-2025, 16:29
Təhsil müəssisələrində iş və istirahət günlərinin yeri dəyişib
4-11-2025, 16:13
Metroda yeni ödəniş qaydası tətbiq olunur
4-11-2025, 11:46
Tehran şəhərinin su ehtiyatı tükənir
4-11-2025, 09:15
Kainatla bağlı yeni tədqiqatlar aparıblar
4-11-2025, 08:43
Dekabrın 15-i “Ümumdünya Türk Dilləri Ailəsi Günü”dür
3-11-2025, 15:53
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
3-11-2025, 15:20
Vəzifəli şəxs rüşvət ittihamı ilə həbs edilib
3-11-2025, 14:21
Süni intellekt "YouTube" platformasına hücum edib?
3-11-2025, 12:49
Sabah hava necə olacaq? - Proqnoz
3-11-2025, 12:23
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
3-11-2025, 09:58
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
3-11-2025, 09:19
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub
2-11-2025, 13:04
Sabah yağış yağacaq
1-11-2025, 17:27
Oğlunu azad torpaqlarda, dalğalanan bayraqda görən ana
1-11-2025, 12:47
Sabah hava necə olacaq? - Proqnoz
31-10-2025, 20:21
Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək - Fotolar
31-10-2025, 18:00
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib
31-10-2025, 17:44
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
31-10-2025, 14:34
Altı milyon il əvvəlin buzu tapılıb

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək