Prokurorluq hərbçimizin minaya düşməsi ilə bağlı araşdırma aparır
Tarix: 05-08-2022 21:55 | Bölmə: Cəmiyyət
Prokurorluq hərbçimizin minaya düşməsi ilə bağlı araşdırma aparır

Avqustun 5-də Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev minaya düşüb.

Baş Prokurorluqdan bildiriblər ki, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}