21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Sutka ərzində ürəyi 53 dəfə dayanan qadın yaşayır
Tarix: 13-02-2023 18:12 | Bölmə: Cəmiyyət
Sutka ərzində ürəyi 53 dəfə dayanan qadın yaşayır

Təcili tibbi yardım maşını ilə Astanadakı mərkəzi xəstəxanaya çatdırılan orta yaşlı qadın miokard infarktı diaqnozu ilə əməliyyat olunub.

Reyting.az
yerli mediaya istinadla xəbər verir ki, Qazaxıstan paytaxtındakı çoxprofilli 2 saylı xəstəxananın həkimləri ürək xəstəsinin həyatı uğrunda 35 gün mübarizə aparıblar.

Astana səhiyyə idarəsinin mətbuat xidmətinin məlumatına görə, paytaxt sakini olan pasiyentin ürəyi sutka ərzində 53 dəfə dayansa da, onu həyata qaytarmaq mümkün olub:

“Xəstə miokard infarktı səbəbindən ağır vəziyyətdə təcili tibbi yardım xətti ilə xəstəxanaya daxil olub. Qəbul ediləndən 10 dəqiqə sonra onun ürəyində koronaroqrafik və stendqoyma əməliyyatları aparılıb. Bir aydan çoxdur ki, xəstə hər gün fasiləsiz həkim nəzarəti altında saxlanılır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər