21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xəstəxanada baş verən qanunsuzluqlara dair cinayət işi məhkəməyə göndərilib
Tarix: 14-02-2023 11:01 | Bölmə: Cəmiyyət
Xəstəxanada baş verən qanunsuzluqlara dair cinayət işi məhkəməyə göndərilib

“Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin tabeliyində olan Şəmkir rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Reyting.az
xəbər verir ki, istintaq zamanı Arif Hacıyevin həmin Xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər