Sabah metronun iş rejimi uzadılacaq
Tarix: 14-02-2023 14:43 | Bölmə: Cəmiyyət
Sabah metronun iş rejimi uzadılacaq

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən keçə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

Reyting.az
xəbər verir ki, matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə “Bakı Metropoliteni” QSC tərəfindən müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarbaağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq