21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
26 yaşlı müəllimə 201 saat sonra dağıntı altından sağ çıxarılıb
Tarix: 14-02-2023 17:24 | Bölmə: Cəmiyyət
26 yaşlı müəllimə 201 saat sonra dağıntı altından sağ çıxarılıb

Hatayda zəlzələ zamanı dağıntılar altında qalan 26 yaşlı müəllimə 201 saat sonra sağ çıxarılıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, 26 yaşlı müəllimə traktor sürücüsünün diqqəti sayəsində dağıntılar altından sağ xilas edilib.

Xilasedicilərdən biri ərazidə olan TV-lərə açıqlamasında deyib ki, onu ilk fərq edən ərazidə təmizləmə prosesində iştirak edən traktor sürücüsü olub:

"Dərhal hərəkətə keçdik, o, sağ idi. Müəllimə dağıntı altından çıxarılaraq xəstəxanaya aparıldı".

Məlumat üçün qeyd edək ki, bu gün həmin ərazidən daha bir əcnəbi qadın xilas olunub.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər