Bakıdan Türkiyəyə 135 yük maşını yardım göndərilib - Fotolar
Tarix: 16-02-2023 15:48 | Bölmə: Cəmiyyət
Bakıdan Türkiyəyə 135 yük maşını yardım göndərilib

Türk iş adamlarının Azərbaycanda yaratdığı “Türkiyə Əsri Birlik və Dayanışma Platforması” tərəfindən Bakıdan Türkiyəyə 135 TIR yardım göndərilib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, artıq 101 TIR yardım zəlzələdən zərər çəkənlərə paylanıb.

Qida və içkilərdən ibarət 26 vaqon yardımın isə sabah dəmir yolu ilə yola salınacağı bildirilir.

Xatırladaq ki, fevralın 6-da Kahramanmaraşda baş verən və ətraf vilayətlərdə də böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra Azərbaycanda Türkiyəyə yardım kampaniyaları davam edir.



“Türkiyə Əsri Birlik və Həmrəylik Platforması”nın üzvü olan iş adamı Ramazan Karaşahin yardım kampaniyasının davam edəcəyini deyib.

Onun sözlərinə görə, hazırda ən çox ehtiyac duyulan quru qidadır: “Azərbaycandakı bütün soydaşlarımıza səslənirik: quru yeməyə üstünlük verin. Paltardan çox quru qida və istilik verən sistemlərə ehtiyac var”.

R. Karaşahin yardım kampaniyasının Heydər Əliyev adına İdman Kompleksində davam etdiyini diqqətə çatdırıb.

Yardım kampaniyasına 6 minə yaxın uşaq bezi bağışlayan İlqar Məmmədov isə deyib: “Türkiyə və əziz qardaşlarımızın yanında olmaq, onlara kömək etmək üçün kampaniyaya qoşulmuşuq. Biz Türkiyədəki qardaşlarımızın əzablarının ortağıyıq. Allah hamısına kömək olsun!”.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}