21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində təyinat olub
Tarix: 16-02-2023 16:35 | Bölmə: Cəmiyyət
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində təyinat olub

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində təyinat olub.

Reyting.az
xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova qurumun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər