Bank hesablarından pul oğurlayan şəxslər saxlanılıb
Tarix: 17-02-2023 11:47 | Bölmə: Cəmiyyət
Bank hesablarından pul oğurlayan şəxslər saxlanılıb

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadıa bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar Əhmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}