Lənkəranda 71 yaşlı qadın öldürülüb
Tarix: 17-02-2023 12:46 | Bölmə: Cəmiyyət
Lənkəranda 71 yaşlı qadın öldürülüb

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-nin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}