Azərbaycanın hərbi həkimləri Türkiyədə 61 cərrahi əməliyyat keçirib - Fotolar
Tarix: 17-02-2023 14:46 | Bölmə: Cəmiyyət
Azərbaycanın hərbi həkimləri Türkiyədə 61 cərrahi əməliyyat keçirib

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardımı davam etdirir.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Növbəti 36 cərrahi əməliyyatı uğurla icra edən tibb personalı, eyni zamanda xəsarət alan 223 nəfərə də ambulator yardım göstərib.

Bu günədək ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 61 cərrahi əməliyyat icra olunub, 419 nəfər müayinə edilib və onlara ambulator yardım göstərilib.

Qardaş ölkədə fəaliyyəti yüksək qiymətləndirilən təcrübəli hərbi tibb personalımıza xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Türkiyəyə ezam olunaraq qardaş ölkədə zəlzələdən xəsarət alanlara tibbi yardım göstərir.










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}