Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıb
Tarix: 19-02-2023 12:12 | Bölmə: Cəmiyyət
Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıb

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıb.

Reyting.az
FHN-ə istinadla bildirir ki, bununla da meyiti çıxarılan insanların sayı 774-ə çatıb.

Qeyd edək ki, FHN-nin qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-nin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}