Gəncədə müğənni və rəqqasənin meyitləri aşkarlanıb - Fotolar
Tarix: 19-02-2023 14:29 | Bölmə: Cəmiyyət
Gəncədə müğənni və rəqqasənin meyitləri aşkarlanıb

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Reyting.az
APA-ya istinadla bildirir ki, 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyev və 2000-ci il təvəllüdlü Aytən Elsəvər qızı Abdullayevanın meyitləri yaşadıqları evdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün başvermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}