Sabirabaddakı yanğında 18 nəfər zəhərlənib? - Yenilənib
Tarix: 20-02-2023 09:20 | Bölmə: Cəmiyyət
Sabirabaddakı yanğında 18 nəfər zəhərlənib?

Dünən Sabirabad rayonunun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın yanğın olub. Reyting.az xəbər verir ki, yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.

“Report” tüstüdən zəhərlənən Sabirabad sakinlərinin siyahısını yayıb:

Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü,

Dadaşlı Allahşükür Baladadaş oğlu (1999),

İsayev Şamo Şakir oğlu (1990),

Ağayev Elman Telman oğlu (1982),

Axundzadə Nurlan Aydın oğlu (1991),

Səmədov Rail Əflan oğlu (1982),

Abdullayev Vüqar Əkbər oğlu (1988),

Qubadov Vüsal Ramiz oğlu (1981),

Teymurov Anar Şahin oğlu (1988),

Nağıyev Əlimövsüm Adil oğlu (1982),

Ağayev Ələsgər Möhlət oğlu (1984),

Zeynalov Kənan Lazım oğlu (1995),

Əliyev Murad Həsənağa oğlu (1986),

Əsgərov Səftər Qəhrəman oğlu (1991),

Vəliyev Rəşad Nəbi oğlu (1982),

Zeynalov Şəmistan Namiq oğlu (1993),

habelə Neftçala sakini Həbibov Tərlan Adbalaoğlu (1991),

Hacıqabul sakini Rəhimov Feyruz Firuz oğludur (1983).

Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Onu da qeyd edək ki, FHN məlumatlarına münasibət bildirib. Nazirliyin məlumatına görə, Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində zəhərlənən və xəsarət alan olmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}